Xavyer Miley Lula da Silvanı "lənətə gəlmiş solçu" adlandırıb
Argentina Prezidenti Xavyer Miley Braziliyaya səfər edib və orada Braziliya lideri Luis İnasio Lula da Silvanı tənqid edib. Həmçinin qarşıdan gələn prezident seçkilərində müxalifət namizədi, keçmiş Prezident Luis İnasio Lula da Silvanın oğlu Flavio Bolsonarunu dəstəkləyib. AYNA.AZ xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.
San Pauloda keçirilən Liberal Partiyasının qurultayında çıxış edən Miley Lula da Silvanı "lənətə gəlmiş solçu" adlandırıb, siyasətçini "cinayətkar", hökumətini isə "sosialist zibili" sayıb.
Bu açıqlamalara cavab olaraq, Braziliya Xarici İşlər Nazirliyi (XİN) Argentinadakı səfiri Julio Bitellini məsləhətləşmələr üçün geri çağırıb. XİN-in sözçüsü bu qərarın "Mileyin siyasi tədbir zamanı Prezidentə etdiyi təhqirlərə görə" verildiyini təsdiqləyib.
Diplomatik mübahisə Braziliyada seçki kampaniyası fonunda başlayıb. Lula da Silva yeni müddətə namizədliyini irəli sürüb və onun əsas rəqibi keçmiş Prezident Jair Bolsonaronun oğlu ola bilər.
Argentinada Buenos Ayres əyalətinin qubernatoru Axil Quisilof Mileyinin "Argentina xalqının hisslərini təmsil etmədiyini" bildirib və ölkənin əsas ticarət tərəfdaşı ilə gərginliyin iqtisadi nəticələri barədə xəbərdarlıq edib.