“İşlərimiz yaxşı getməsəydi, bu baş verməzdi”
“ABŞ hazırda İranla uğurlu danışıqlar aparır”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Air Force One" təyyarəsində jurnalistlərə bildirib.
ABŞ lideri İranın görüş istədiyini qeyd edib. Trampın bildirib: “İşlərimiz yaxşı getməsəydi, bu baş verməzdi”.
İran hazırda ABŞ ilə danışıqlar aparmadığını açıq şəkildə bəyan edir.
Bir müxbir Amerika liderindən hazırkı vəziyyətdə nə qədər səbirli olduğunu soruşub. Tramp cavabında deyib: "Mənim çox səbrim var. Çox vaxtım var".
O, ABŞ və İranın "yaxşı danışıqlar" apardığını və razılaşmanın əldə edilməsinin ehtimal olunduğunu bildirib.
Tramp İrana qarşı hava hücumlarının davam edəcəyinə işarə edərək vurğulayıb: "Düşünürəm ki, nəsə baş verə bilər. Əgər baş verərsə, əla. Əgər baş verməzsə, iki gün əvvəl etdiyimiz işə qayıdacağıq".