Külək Bakıda 48 ağacı aşırıb

Hadisə

28.07.2026 - 11:28

63 ağacın budaqları sınıb

İyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər Bakı şəhərində 48 ağac aşıb, 63 ağacın budaqları sınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd olunub ki, birliyin əməkdaşları operativ şəkildə sınan ağacların kəsilməsi və sınan budaqların budanması işini icra edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş