Ölkədə 322 aktiv koronavirus xəstəsi var
Çində son sutka ərzində daha 22 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 464-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 508 xəstə sağalıb.
Ölkədə 322 aktiv koronavirus xəstəsi var ki, onlardan da 6-nın vəziyyəti ağır qiymətləndirilir.