Çində daşqınlar 100 minə yaxın sakinin təxliyyəsinə səbəb olub

Dünya

21.07.2021 - 08:45

Xilasetmə işlərinə xeyli sayda canlı qüvvə və texnika cəlb olunub 

 

Çinin Henan vilayəti inzibati mərkəzi Çjenjou şəhərinin 100 minə yaxın sakini daşqın səbəbiylə təxliyyə edilib.

 

AYNA TASS-a istinadən xəbər verir ki, baş verən daşqın şəhər tarixindəki ən güclü təbii fəlakətlərdən biridir.

 

Xilasetmə işlərinə təxminən 2 min hərbçisi, 6.8 min xilasedici və 1,4 min ədəd texnika cəlb olunub. Daha əvvəl hadisə nəticəsində 12 nəfərin öldüyü bildirilir.

 

Çjenjou şəhərinin əhalisi təxminən 12,6 milyon nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş