Çin Ukraynaya humanitar yardım göndərib

Dünya

09.03.2022 - 14:34

Həkimlər Klinikalar SEO Xidməti

XİN rəsmisi: "Yardım ərzaq və həyatı əhəmiyyətli mallardan ibarətdir"

Çin Ukraynaya humanitar yardım göndərib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien deyib. 

XİN rəsmisi qeyd edib ki, yardımın ilk hissəsi Pekindən yola salınıb. Onun sözlərinə görə, Çin Qızıl Xaç Cəmiyyətinin ukraynalı həmkarlarına göndərdiyi yardım ərzaq və həyatı əhəmiyyətli mallardan ibarətdir.

Qeyd edək ki, Çinin xarici işlər naziri Van İ martın 7-də bildirmişdi ki, ən qısa zamanda Ukraynaya humanitar yardım göndəriləcək. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş