Çin lideri Fransada səfərdədir

Dünya

06.05.2024 - 13:11

Cinpinin iki günlük səfəri çərçivəsində diplomatik müzakirələr aparılacaq

Çinin rəhbəri Si Cinpin Fransada dövlət səfərindədir. AYNA xarici mediaya istinadən bildirir ki, Pekin və Paris arasında diplomatik münasibətlər qurulmasının 60-cı ildönümü münasibətilə təşkil olunmuş iki günlük səfər çərçivəsində diplomatik müzakirələr aparılacaq.

Habelə Avropa Komissiyasının sədri Ursula fon der Leyenin iştirakı ilə üçtərəfli görüş planlaşdırılır.

Qeyd edilir ki, danışıqlarda beynəlxalq böhranlar, ilk növbədə Ukraynadakı müharibə və Yaxın Şərqdəki vəziyyət, ticarət məsələləri, qlobal problemlər, xüsusilə iqlim fövqəladə halları və mühafizəsi, biomüxtəliflik və digər sahələrlə bağlı ümumi məsələlərin müzakirə olunacağı gözlənilir. Bu sıraya fransız şirkətlərinin Çin bazarına çıxışı da daxildir.

Qeyd edək ki, bu, Cinpinin hakimiyyətə gəlişindən sonra Fransaya üçüncü səfəridir.

Çin lideri Avropaya səfəri çərçivəsində mayın 7-də Serbiya və Macarıstana da gedəcək.

Müəllif: Ayna.az