Çin himnini təhqir edənlər həbs olunacaq

Dünya

04.06.2020 - 15:11

4 gün davam edən iclasda qərar qəbul edilib

 

Honkonq Qanunvericilik Şurası Çin Dövlət Himninə hörmətsizlik və təhqiri qadağan edən qanun qəbul etdib və bu cür hərəkətlərə yol verənlərin həbs ediləcəyini bildirib. AYNA xəbər verir ki, bu barədə Honqonq Dövlət Televiziyası məlumat yayıb.

 

Belə ki, 43 nümayəndənin iştirak etdiyi və 4 gün davam edən iclasda, 41 nümayəndənin lehinə səsverməsi ilə qərar qəbul edilib.

 

Qeyd edək ki, qanunun Çin hökumətinin Honqonqda təsirini gücləndirmək üçün qəbul edildiyi bildirilib.

Müəllif: Ayna.az