Çin bu il müdafiə büdcəsini 7,2 faiz artıracaq

Dünya

06.03.2025 - 09:48

Həkimlər Klinikalar SEO Xidməti

Bununla Çin ABŞ-dan sonra dünyada ikinci ən böyük müdafiə büdcəsinə malik olur

Çin Xalq Nümayəndələri Konqresinin sessiyasında bu il müdafiə xərclərinin 1,78 trilyon yuana yüksəldiləcəyi bildirilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Çin 2025-ci ildə müdafiə büdcəsi xərclərini 7,2% artıraraq 1,78 trilyon yuana (təxminən 231 milyard avro) çatdırmağı planlaşdırır.

Qeyd olunur ki, ötən il də analoji artım atılıb. Bununla Çin ABŞ-dan sonra dünyada ikinci ən böyük müdafiə büdcəsinə malik olur.

Çin lideri Si Cinpin 2013-cü ildə vəzifəyə gəldikdən bəri Xalq Azadlıq Ordusunun əsaslı modernləşdirilməsini həyata keçirir. Pekin 2049-cu ilə qədər “dünya səviyyəli ordu” yaratmağı planlaşdırır. Çin səlahiyyətliləri aqressiv niyyətlərinin olmadığını, lakin suverenliklərini qorumağa sərmayə qoyduqlarını bildirirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş