Çin ABŞ-ın vasitəçilik təklifini rədd edib

Dünya

29.05.2020 - 19:42

Hindistanla problemlər danışıqlar yolu ilə həll ediləcək

 

Çin ABŞ prezidenti Donald Trampın Çin və Hindistan arasında vasitəçilik etmək təklifini rədd edib. AYNA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi Hindistan mətbuatına açıqlamasında bildirib.

 

Açıqlamada, Çinin Trampın vasitəçilik təklifini rədd etdiyi, Hindistanla aralarındakı problemlərin danışıqlar yolu ilə həll ediləcəyi ifadə olunub.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Hindistan-Çin sərhəddində baş verən qarşıdurma hər iki tərəfdən bir neçə əsgərin yaralanmasına səbəb olmuşdu. Bunun nəticəsində, ABŞ Prezidenti Donald Tramp hər iki ölkə başçısına zəng edərək iki ölkə arasında vasitəçi olmaq təklif etdiyini açıqlamışdı.

Müəllif: Ayna.az