Ceyhun Bayramovla Mirzoyan Tehranda görüşə bilərlər

Xəbərlər

20.10.2023 - 17:35

cedabet dərman SEO Xidməti

“İrəvan Tehrandan XİN başçıları səviyyəsində “3+3” formatı çərçivəsində görüş təklifi alıb”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehranda görüşə bilərlər. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan XİN başçısının müavini Vaan Kostanyan deyib.

“İrəvan Tehrandan XİN başçıları səviyyəsində “3+3” formatı çərçivəsində görüş təklifi alıb. Hazırda iranlı həmkarlarımızla müzakirələr aparırıq. Yekun qərar barədə ictimaiyyətə açıqlama veriləcək”, - deyə Kostanyan vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş