Regional təhlükəsizlik məsələləri, münaqişədən sonrakı vəziyyət də diqqət mərkəzində olub
Xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında geniş tərkibdə görüş keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, müzakirələr zamanı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri, o cümlədən enerji, ticarət, nəqliyyat və yaşıl keçid sahələrində əməkdaşlıq məsələləri, həmçinin Azərbaycanın regional əlaqəlilik və təmiz enerji təchizatına töhfəsi müzakirə olunub.
Görüş zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən münaqişədən sonrakı vəziyyət də diqqət mərkəzində olub.
Nazir Ceyhun Bayramov Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması üçün Ermənistanın konstitusiyasına düzəliş edilməsinin sülh sazişinin imzalanması üçün ilkin şərt olduğunu və bunun ölkəmizin uzunmüddətli və prinsipial mövqeyi olduğunu bir daha vurğulayıb.