Ceyhun Bayramov rektorla ilə görüşüb

Xəbərlər

20.05.2022 - 23:25

Həkimlər Klinikalar SEO Xidməti

Turin Politexnik Universiteti ilə əməkdaşlıq mövzuları üzrə fikir mübadiləsi aparılıb

20 may 2022-ci il tarixində nazir Ceyhun Bayramov ilə Turin Politexnik Universitetinin rektoru Quido Sarakko arasında görüş keçirilib.

XİN-dən AYNA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığının gücləndirilməsində humanitar sahənin əhəmiyyəti, bu xüsusda İtaliya-Azərbaycan Universitetinin oynayacağı önəmli rol və İtaliya-Azərbaycan Universitetində mühəndislik ixtisasları üzrə proqramların qurulmasında Turin Politexnik Universiteti ilə əməkdaşlıq mövzuları üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə İtaliya Senatının Turin şəhərindən olan üzvü, Senat daimi komissiyasının sədri, İtaliya Parlamentində Azərbaycan-İtaliya parlamentlərarası dostluq Assosiasiyasının sədr-müavini senator Mauro Marino da iştirak edib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş