Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə gedib

Xəbərlər

10.05.2024 - 09:51

Nazir Almatıda ermənistanlı həmkarı ilə danışıqlar aparacaq

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Müəllif: Ayna.az