Ceyhun Bayramov Mərakeşə gedib

Xəbərlər

12.11.2023 - 22:47

cedabet dərman SEO Xidməti

XİN başçısı Mərakeş Krallığında rəsmi səfərdədir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının, Mərakeş xarici işlər naziri ilə ikitərəfli və geniştərkibli görüşlərin, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş