Nazirliyin sosial media hesabında paylaşım edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının xarici işlər naziri Hadija Labibi qəbul edib.
AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Bildirilib ki, nazirlər arasında ikitərəfli görüş başlanıb.