Siyasətçi şübhəli şəxslər üçün nəzərdə tutulmuş istintaq təcridxanasından ümumi təcridxanaya köçürülüb
Cənubi Koreyanın həbsdə olan Prezidenti Yun Seok-yeol yanvarın 18-də məhkəmənin onun barəsində rəsmi həbs qərarı çıxardıqdan sonra Seuldakı təcridxanada bir nəfərlik kameraya köçürülüb. AYNA xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, siyasətçi şübhəli şəxslər üçün nəzərdə tutulmuş istintaq təcridxanasından ümumi təcridxanaya köçürülüb. Onun yeni kamerasının sahəsi 12 kvadratmetrdir.
Koreyanın İslah xidmətinin baş komissarı Şin Yanq-hye bildirib ki, Prezident həbsi zamanı bütün rəsmi prosedurlara əməl edib: onun fotosu çəkilib, sonra isə tibbi müayinədən keçirilib. Siyasətçinin təhlükəsizliyi üçün ayrıca islah zabiti təyin edilib.
Agentlik bildirir ki, Yun Seok-yeol tərəfdarlarının onu azad etməyə cəhd edə biləcəyi ilə bağlı təcridxana onun təhlükəsizliyini təmin etmək üçün polis və Prezidentin təhlükəsizlik xidməti ilə əməkdaşlıq edir.
Yoon Seok-yeol yanvarın 15-də qiyama görə həbs edilib. Bu, Cənubi Koreya tarixində misli görünməmiş bir hadisədir. Çünki Cənubi Koreya tarixində fəaliyyətdə olan Prezident istintaq orqanı tərəfindən həbs edilməyib. Siyasətçi özü könüllü olaraq prokurorluğa dindirildiyini və təqsirini boynuna almadığını bildirib.