Cənubi Afrikada iğtişaşlarda ölənlərin sayı artır

Dünya

17.07.2021 - 08:27

Qautenq əyalətində hadisələrlə əlaqədar olaraq 32 nəfər ölüb

 

Cənubi Afrika Respublikasının sabiq prezidenti Ceykob Zumanın həbsə alınması ilə bağlı bir həftədir başlayan iğtişaşlar əsnasında ölənlərin sayı 212-yə çatıb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bunu ölkə prezidenti yanında müvəqqəti nazir Xumbudzo Ntşaveni brifinqdə bildirib.

 

Onun sözlərinə görə, Qautenq əyalətində hadisələrlə əlaqədar olaraq 32 nəfər ölüb, 137 nəfər isə saxlanılıb.

 

"Qautenq əyalətində iğtişaşlara görə, ümumilikdə 862 nəfər saxlanılıb. KvaZulu-Natal əyalətində isə 89 nəfər həyatını itirib, ümumilikdə bu rəqəm 180-ə yüksəlib"-deyə Ntşaveni diqqətə çatdırıb.

 

Qeyd edilib ki, hər iki vilayədə vəziyyət artıq normallaşmağa doğru gedir.

 

Xatırladaq ki, 2009-2018-ci illərdə ölkə prezidenti olmuş Ceykob Zuma həmin dövrdə dövlət qurumlarındakı genişmiqyaslı korrupsiyaya dair aparılan istintaq çərçivəsində ötən həftədən 15 aylıq həbsə alınıb.

Müəllif: Ayna.az