Cəlilabadda yeni peşə məktəbi açılacaq

Xəbərlər

07.06.2023 - 13:47

Müəssisədə heyvandarlıq sahəsi tədris olunacaq

Bu il Cəlilabadda yeni peşə təhsili müəssisəsi açılacaq. AYNA xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov deyib.

Bildirib ki, orada heyvandarlıq sahəsi tədris olunacaq: “Bunun üçün heyvandarlıq sahəsi hazırlanılıb. Müəssisədə əkinçilik, bitkiçilik üzrə ixtisaslar olduğu üçün müəssisəyə yaxın ərazilərdə əkin-biçin işləri aparılacaq”.

C.Kərəmov qeyd edib ki, ilin sonunda Lənkəranda yeni peşə təhsili müəssisəsi hazır olacaq. Burada turizm, hotelçilik tədris ediləcək.

Müəllif: Ayna.az