Şəhər administrasıyası heykəlin azlıqların bir neçə qrupu üçün təhqir sayıla biləcəyini hesab edir
ABŞ-ın əsasını qoyanlardan olan Tomas Ceffersonun heykəli Nyu-York şəhər administrasiyası binasından götürüləcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə qərarı Nyu-York qanunvericiləri veriblər.
Heykəlin götürülməsi barədə qərar Ceffersonun quldarlıq keçmişi səbəbindən qəbul olunub. Şəhər administrasıyasının üzvləri hesab edirlər ki, heykəl azlıqların bir neçə qrupu üçün təhqir sayıla bilər.
Qeyd edək ki, son vaxtlar ABŞ-ın bir çox şəhərlərində 1861-1865-ci illərdə vətəndaş müharibəsi zamanı şimallılarla döyüşmüş cənublu konfederatların xatirəsinə ucaldılmış bir çox abidələr sökülüb.