Çay kənarında kişi meyiti tapılıb

Xəbərlər

15.09.2023 - 15:42

cedabet dərman SEO Xidməti

56 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xaçmazda kişi meyiti aşkarlanıb. AYNA xəbəır verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Qeyd olunub ki, Xaçmaz-Xudat avtomobil yolunun Köhnə Xaçmaz kəndi ərazisində, Qudaylçayın kənarında üzərində xəsarət olan 50-55 yaşlı naməlum kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı meyitin 56 yaşlı rayon sakini Qərib Rzayev olduğu müəyyən edilib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini 27 yaşlı Yalçın Hüseynov saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş