“Tərəflər arasında Belarusda texniki danışıqlar aparılır”
“Rusiya Prezidenti Vladimir Putin Ərdoğanla telefon danışığı zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyin əleyhinə deyil”. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz Rusiya və Ukrayna liderlərinin görüşünün təşkil üçün səy göstəririk. Putin bizim Prezidentlə telefon danışığı zamanı belə görüşün əleyhinə olmadığını deyib. Ukrayna tərəfi də hazırdır. Tərəflər arasında Belarusda texniki danışıqlar aparılır. Digər tərəfdən başqa kanalların da belə cəhdləri var, biz də bunu dəstəkləyirik”, - deyə XİN rəhbəri vurğulayıb.