Çavuşoğlu: “İsveç və Finlandiya PKK və YPG-ni dəstəkləyir”

Siyasət

14.05.2022 - 22:47

NATO təkcə təhlükəsizliklə bağlı deyil, həm də həmrəylikdən ibarət olan bir ittifaqdır

"Finlandiya və İsveç açıq şəkildə PKK-nı dəstəkləyir, bu qəbuledilməzdir". AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Berlində alyansın xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü ərəfəsində deyib. Diplomat bildirib ki, NATO-ya üzv olmağa hazırlaşan dövlət heç bir halda terrorçuları dəstəkləməməlidir.

"Türkiyə əvvəldən NATO-nun açıq qapı siyasətini dəstəkləyib. Hətta alyansın bəzi üzvləri regionumuzda və Qərbi Balkanlarda bəzi dövlətlərin NATO-ya daxil olmasına qarşı çıxanda da biz bunu dəstəkləmişik. NATO təkcə təhlükəsizliklə bağlı deyil, həm də həmrəylikdən ibarət olan bir ittifaqdır", - deyə nazir vurğulayıb.

Müəllif: Ayna.az