Çavuşoğlu ilə Pompeo arasında telefon danışığı olub

Dünya

18.12.2020 - 07:57

Həkimlər Klinikalar SEO Xidməti

Pompeo S-400-lərin alınmasını ABŞ hərbçilərinin və hərbi texnologiyalarının təhlükəsizliyini təhlükə altına qoyduğunu deyib 

 

ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

 

“Dövlət katibi Pompeo xarici işlər naziri Çavuşoğluna bildirib ki, S-400 sistemlərinin alınması ABŞ hərbçilərinin və hərbi texnologiyalarının təhlükəsizliyini təhlükə altına qoyur, həmçinin Rusiyanın Türkiyə Silahlı Qüvvələrinə və müdafiə sənayesinə girişinə imkan verir”, - Dövlət Departamentinin bəyanatında qeyd olunur.

 

Pompeo özü də "Twitter"də Çavuşoğlu ilə danışdığını təsdiqləyib.

 

Qeyd edək ki, ABŞ bu həftə S-400-lərin alınmasında məsul olan Türkiyə məmurları və qurumlarına qarşı sanksiyalar tətbiq edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş