CAR Prezidentindən İranla bağlı çağırış

Dünya

11.08.2023 - 15:43

cedabet dərman SEO Xidməti

Ramafosa İranın BRİKS-ə daxil edilməsinə çağırış edib

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa İranın BRİKS blokuna (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) daxil edilməsinə çağırıb. AYNA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Əmir Abdullahian deyib.

Onun sözlərinə görə, Ramafosa Cənubi Afrikanın İranın dost ölkə kimi BRİKS-ə üzv qəbul edilməsində maraqlı olduğunu bildirib: "Tehran bu məsələdə Pretoriyanın tam dəstəyinə malikdir. Ramafosa həmçinin ümidvar olduğunu bildirdi ki, İran Prezidentinin rəsmi səfəri zamanı ölkələr arasında əməkdaşlığa dair sənədlər imzalanacaq və bu sənədlər daha sonra praktiki olaraq həyata keçiriləcək".

BRİKS sammiti avqustun 23-24-də Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək. İran Prezidenti İbrahimi Rəisi ora səfər etməyi planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş