Canlı efirdə partiya sədri ilə aparıcı arasında gərgin anlar yaşandı - VİDEO

Cəmiyyət

09.03.2023 - 17:46

İqbal Ağazadə kamran Həsənliyə narazılıq etdi: "Verilişi dayandıraq, belə debat olmur"

"Pressklub TV" "Youtube" kanalının canlı efirində Ümid Partiyasının sədri İqbal Ağazadə ilə aparıcı Kamran Həsənli arasında gərginlik yaşanıb. AYNA xəbər verir ki, kanalın "Babat debat" verilişində K.Həsənli qonağı olan İ.Ağazadənin fikirləri ilə razılaşmayıb. 

Belə ki, partiya sədri iddia edib ki, Qərb və ABŞ Rusiya sülhməramlılarının Qarabağdan çıxmasında maraqlı deyil və Ukrayna müharibəsində Qərblə Rusiyanın mövqeləri əks-qütbdə olsa da, Qarabağ məsələsində yanaşmaları eynidir. 

K.Həsənli isə əksinə, Qərbin, ABŞ-ın siyasətinin bütün regionlarda Rusiyaya qarşı olduğunu iddia edib. Bu zaman İ.Ağazadə narazılığını ifadə edib, aparıcını "diletant yanaşmada" günahlandırıb. 

Söz atışması əsnasında Ümid Partiyasının sədri verilişin dayandırılmasını, bunun debat olmadığını söyləyib. 

Canlı veriliş yarımçıq dayanmasa da, sonadək fikir ayrılığı davam edib. 

Daha ətraflı videodan izləyə bilərsiniz: 

 

Müəllif: Ayna.az