Burkina Fasoda 33 mülki şəxs həlak olub

Dünya

15.05.2023 - 04:07

Silahlılar əkinçiliklə məşğul olan mülki insanları hədəfə alıblar

Burkina-Fasonun silahlıların kəndi atəşə tutması nəticəsində 33 nəfər həlak olub.

AYNA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü regionun qubernatoru bildirib.

Babo qubernatoru Pyer Basinq fermerlərə hücumun 17:00 radələrində baş verdiyini söyləyib: “Muhun əyalətinin Çeriba departamentinin Yulou kəndi alçaqca və vəhşicəsinə hücuma məruz qalıb. Silahlılar çay boyu əkinçiliklə məşğul olan mülki insanları hədəfə alıblar”.

Yerli mənbələrin AFP-yə verdiyi məlumata görə, motosikletli hücumçular heç kimə fərq qoymadan atəş açıblar.

Müəllif: Ayna.az