Aksiya və toplantılarda maskalardan istifadə məcburiyyəti martın 31-dək davam edəcək
İtaliyada açıq havada maskalardan istifadə tələbi ləğv ediləcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza qərar imzalayıb.
Yeni qaydaya əsasən, fevralın 11-dən etibarən bütün ölkə ərazisində insanların sıx olmadığı yerlərdə maska taxmaq tələbi ləğv ediləcək. Qapalı məkanlarda və açıq havada təşkil olunan aksiya və toplantılarda maskalardan istifadə məcburiyyəti martın 31-dək davam edəcək.