Bu ilin dövlət büdcəsinin gəlirləri artırılır

İqtisadiyyat

02.06.2023 - 14:54

Nazir: “Xərclər 3215,5 milyon manat və ya 9,6 faiz artırılaraq 36569 milyon manat məbləğinə çatdırılıb”

2023-cü il dövlət büdcəsinin gəlirləri 3005,5 milyon manat və ya 9,8 faiz artırılaraq 33779,5 milyon manata çatdırılır. Xərclər 3215,5 milyon manat və ya 9,6 faiz artırılaraq 36569 milyon manat məbləğinə çatdırılıb. 2023-cü ilin dövlət büdcəsinin kəsiri 210,0 milyon manat və ya 8,1 faiz artırılaraq 2789,3 milyon manat məbləğinə nəzərdə tutulur.

AYNA xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikləri təqdim edərkən deyib.

Nazir bildirib ki, yenidən baxılma ilə 2023-cü ilin dövlət büdcəsinin xərclərinin 60,3 faizi 22 milyard 39 milyon manatı cari xərclər, təsdiq olunmuş göstəriciyə nisbətən 682 milyon manat və ya 3 faiz az, 36,5 faizi ya 13347,0 milyon manat əsaslı xərclərə, təsdiq olunmuş göstəriciyə nisbətən 3719,7 milyon manat və ya 38,6 faiz çox, 3,2 faizi isə və ya 1182,5 milyon manat dövlət borcuna xidmətlə bağlı xərclər, təsdiq olunmuş göstəriciyə nisbətən 177,5 milyon manat və ya 17,7 faiz çox təşkil edəcək.

Müəllif: Ayna.az