Qəbul olunanların sayı isə 28 minə çatıb
Peşə təhsilinə qəbulda qadınların payı 2022-ci ildəki 32 faizdən 2026-cı ildə 42 faizə yüksəlib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə Təhsili Forumu 2026” tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, 2026-cı ildə peşə təhsili almaq üçün 52 min nəfər müraciət edib, qəbul olunanların sayı isə 28 minə çatıb.
İlqar Bayramlı həmçinin qeyd edib ki, dövlət sifarişli qəbul yerlərinin sayı 2022-ci ildə təxminən 16 min olduğu halda, 2026-cı ildə 23 minə yüksəlib.