Bu il Bakı məktəblərini 58 mindən artıq şagird bitirir

Xəbərlər

08.06.2022 - 18:59

Həkimlər Klinikalar SEO Xidməti

Bakı Şəhəri üzrə Təhsil İdarəsi statistikanı açıqlayıb

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 35 min 100, XI siniflərini 23 min 505, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirir. Paytaxtda 46 min 470 nəfər I sinfi başa vurur. Bu barədə AYNA-ya BŞTİ-dən məlumat verilib. 

Bildirilib ki, cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 470 min 517 şagird təhsil alıb. Həmin ümumi təhsil məktəblərində ümumilikdə 29 115 müəllim fəaliyyət göstərir.

2021-2022-ci tədris ilində paytaxt üzrə 275 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1 070 məktəbəhazırlıq qrupuna 25 min 484 uşaq cəlb olunub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb, 338 məktəbəqədər təhsil müəssisəsi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş