Nikah sayı isə 12 mindən artıqdır
Bu ilin ilk üç ayında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 12 min 127 nikaha daxilolma qeydə alınıb. Bu barədə AYNA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeydə alınmış boşanma hallarının sayı isə 3 min 823 təşkil edib. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,9, boşanmaların sayı isə 1,5 olmuşdur.