Prezident İlham Əliyev təqaüdün verilməsi haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev 2023–2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
AYNA xəbər verir ki, Sərəncama əsasən, 2023–2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir.