Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçirilir

Xəbərlər

21.07.2022 - 10:48

Həkimlər Klinikalar SEO Xidməti

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 110 imtahan binası ayrılıb

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları (II cəhd) keçirilir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.

İmtahanlar saat 10:00‑da başlayıb. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 110 imtahan binası, 1 921 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 110 ümumi imtahan rəhbəri, 310 imtahan rəhbəri, 2 392 nəzarətçi–müəllim, 269 buraxılış rejimi əməkdaşı, 110 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda I ixtisas qrupu üzrə 21 277, IV ixtisas qrupu üzrə isə 4 062 nəfər olmaqla, ümumilikdə 25 339 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş