Bu gecədən Bakının bəzi küçələri bağlanır

Xəbərlər

23.04.2023 - 14:11

cedabet dərman SEO Xidməti

Bu yollarda nəqliyyatın hərəkəti mayın 2-si saat 08:00-dan etibarən bərpa olunacaq

Aprelin 23-dən 24-nə keçən gecə Bakı Şəhər Halqasının (BŞH) əhatəsi boyunca tamamlanma işləri başlayacaq. AYNA xəbər verir ki, bu barədə BŞH-dən bildirilib.

Məlumata görə, bununla əlaqədar aprelin 24-ü gecə saat 01:00-dan etibarən qurumun əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Avtomobil idarə edən sakinlərdən həyətlərdən çıxışların qapanmasını nəzərə alaraq, qeyd olunmuş vaxtdan əvvəl nəqliyyat vasitələrini həyətlərdən çıxarmaları xahiş olunub.

Bu yollarda nəqliyyatın hərəkəti mayın 2-si saat 08:00-dan etibarən bərpa olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş