Britaniyalı general: “Kiyev ilk əks-hücumda uğur qazana bilməyəcək”

Dünya

15.05.2023 - 15:16

Riçard Şirreff: “Əks hücumun müvəffəqiyyəti üçün Kiyev çox səy göstərəcək”

“Kiyev ilk əks-hücumda uğur qazana bilməyəcək, ona görə də bir sıra manevrlər həyata keçirməli olacaq”. AYNA xəbər verir ki, bu sözləri NATO-nun Avropadakı qüvvələrinin komandirinin keçmiş müavini, britaniyalı general Riçard Şirreff “Sky News”a müsahibəsində bildirib.

General Ukrayna Silahlı Qüvvələrinin yaxın aylarda bir neçə böyük hücum həyata keçirə biləcəyini proqnozlaşdırıb.

"Bir il əvvəl Böyük Britaniya, Qərbi Avropanın digər ölkələri, eləcə də Amerika Ukraynaya əks-hücumu yerinə yetirmək üçün alətlər versəydi, o zaman biz yəqin ki, indi fərqli vəziyyətdə olardıq", - Şirreff əlavə edib.

Onun sözlərinə görə, əks hücumun müvəffəqiyyəti üçün Kiyev çox səy göstərəcək.

O, mümkün əks-hücumların yaxşı maddi-texniki baza, əhəmiyyətli miqdarda avadanlıq və Qərbdən dəstək tələb edəcəyini qeyd edərək, fikrini yekunlaşdırıb.

Müəllif: Ayna.az