“Aeroflot”, “Rossiya” və “Uralskiye avialinii” aviakompaniyalarının aktivləri dondurulub
Böyük Britaniya Rusiyanın “Aeroflot”, “Rossiya” və “Uralskiye avialinii” aviakompaniyalarını sanksiya siyahısına daxil edib. Bu barədə AYNA TASS-a istinadən bildirir.
Məlumatda qeyd edilib ki, Böyük Britaniya hökuməti tərəfindən Rusiya aviakompaniyalarına qarşı tətbiq olunan tədbirlər çərçivəsində 3 şirkətin aktivlərinin dondurulmasına qərar verib.
""Aeroflot" ASC Rusiyanın ən böyük aviakompaniyasıdır. Kompaniya strateji əhəmiyyətli nəqliyyat sahəsində fəaliyyət göstərməklə Rusiya hökumətindən faydalanır və ona dəstək verir. O, dövlətə məxsus olduğu üçün Rusiya hökumətinə bağlı hüquqi şəxs kimi fəaliyyət göstərir”, - deyə Böyük Britaniya hakimiyyətinin qərarında bildirilib.