Britaniyada ibadət yerləri açılır

Dünya

07.06.2020 - 11:43

Kilsə, məscid, sinaqoq və məbədlərin fərdi ibadət üçün açılmasına icazə veriləcək

 

Gələn həftədən etibarən Böyük Britaniyada koronavirus səbəbindən bağlanan ibadət yerləri fəaliyyətini bərpa edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, hökumət planına əsasən, kilsə, məscid, sinaqoq və məbədlərin fərdi ibadət üçün açılmasına icazə veriləcək.

 

Qərar iyunun 15-dən qüvvəyə minəcək tədbirlərlə birgə həyata keçiriləcək. Şimali İrlandiyada artıq fərdi ibadətlərə icazə verilsə də, Şotlandiya və Uelsdə bu qanun tətbiq olunmur.

 

Qeyd edək ki, hökumətin tətbiq etdiyi mərhələli şəkildə karantindən çıxma qanununa əsasən, hər 2 həftədən sonra yeni qaydalar elan edilir.

Müəllif: Ayna.az