Britaniyada COVID-19 daha 51 nəfərin həyatına son qoyub

Dünya

02.04.2021 - 06:34

Koronavirus can almağa davam edir 

 

Böyük Britaniyada son sutka ərzində 4478 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 350 266 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

 

Son sutka ərzində 51 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 764 nəfərə çatıb.

Müəllif: Ayna.az