Koronavirus can almağa davam edir
Böyük Britaniyada son sutka ərzində 42 302 nəfər koronavirusa yoluxub. Bu yanvarın ortasından bəri qeydə alınan sutkalıq ən yüksək göstəricidir.
AYNA xəbər verir ki, bununla da Britaniyada koranavirusa yoluxanların ümumi sayı 5 233 761 nəfərə çatıb.
Son sutka ərzində 49 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 128 530 nəfərə çatıb.