Britaniya səfiri müxalifətçilərlə görüşüb - FOTO

Xəbərlər

28.04.2023 - 14:28

cedabet dərman SEO Xidməti

"Bu həftə Əli Kərimli, Arif Hacılı və İlqar Məmmədovla ayrı-ayrılıqda görüşmək imkanım oldu”

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld müxalif siyasi partiyaların sədrləri ilə görüşüb.

AYNA xəbər verir ki, bu barədə diplomat “Twitter” hesabında paylaşım edib.

"Bu həftə müxalifət liderləri Əli Kərimli, Arif Hacılı və İlqar Məmmədovla ayrı-ayrılıqda görüşmək imkanım oldu. Aktual məsələlər ətrafında faydalı fikir mübadiləsi apardıq. Siyasi plüralizm demokratik cəmiyyətin əsas prinsiplərindən biridir", - deyə səfir paylaşımında vurğulayıb.

 

Britaniya səfiri müxalifətçilərlə görüşüb - Britaniya səfiri müxalifətçilərlə görüşüb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş