“Brent” markalı neftin qiyməti 117 dolları ötüb

İqtisadiyyat

30.05.2022 - 22:54

cedabet dərman SEO Xidməti

“WTI” markalı neftin avqust fyüçersləri də 1,89 faiz bahalaşıb

Dünya bazarında Rusiya neftinə qarşı nəzərdə tutulan sanksiyalarla bağlı “qara qızıl”ın qiymətindəki artım sürətlənib. AYNA xəbər verir ki, bu gün keçirilən hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 1,38 faiz bahalaşaraq 117,16 dollardan, “WTI” markalı neftin avqust fyüçersləri də 1,89 faiz bahalaşaraq 116,96 dollardan satılıb.

Sonuncu dəfə martın 25-də “Brent” neftinin barreli 117 ABŞ dolları olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş