Ölənlərin ən azı 33-ü uşaq və yeniyetmədir
Braziliyanın Petropolis şəhərində daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 200 nəfəri keçib.
AYNA xəbər verir ki, bu barədə xilasetmə xidmətlərinə istinadən "Globo" telekanalı məlumat yayıb.
204 sakinin öldüyü hadisə nəticəsində 51 nəfər hələ də itkin sayılır. Ölənlərin ən azı 33-ü uşaq və yeniyetmədir. Xilasetmə və axtarış əməliyyatları artıq doqquzuncu gündür ki davam edir. Güclü külək və davam edən yağışlar səbəbindən xilasedicilərin işi çətinləşib.
Bütövlükdə şəhərdə yağan güclü yağışlar fonunda sürüşmə ilə bağlı 1 900 hadisə baş verib, 811 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.
Xatırladaq ki, fevralın 15-də Rio-de-Janeyro ştatının dağlıq bölgəsində yerləşən Petropolis şəhərinə güclü leysan yağıb. Yağan leysan sel və torpaq sürüşməsinə səbəb olub.