Braziliyada bir gündə virusa 52 mindən çox yoluxma

Dünya

12.08.2020 - 06:32

İndiyədək virusa yoluxmuş 103 min 26 xəstə vəfat edib

 

Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 52 160 nəfər olub. 

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, indiyədək virusa yoluxmuş 103 min 26 xəstə vəfat edib. 2 milyon 243 min 124 nəfər isə sağalıb. 

 

Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.

Müəllif: Ayna.az