Bozdağda itkin düşən iki yeniyetmə xilas olunub

Xəbərlər

16.10.2023 - 11:53

cedabet dərman SEO Xidməti

Yeniyetmələr dağlıq ərazidə köməksiz vəziyyətdə aşkar olunublar

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında Bozdağ silsiləsi ərazisində iki yeniyetmənin itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Aparılmış axtarış əməliyyatı nəticəsində yeniyetmələr dağlıq ərazidə köməksiz vəziyyətdə aşkar olunublar.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə 2007-ci il təvəllüdlü N.Tağıyev və 2009-cu il təvəllüdlü A.Yusiflini dərədən qaldıraraq xilas ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş