BNA qəzaya uğramış marşrut avtobusu barədə açıqlama yayıb

Hadisə

30.05.2022 - 18:33

BNA: Avtobusun qəzaya uğraması zamanı sərnişinlər arasında xəsarət alan olmayıb

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyi (BNA) Hövsanda marşrut avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib.

BNA-dan AYNA-ya verilən xəbərə görə, "Kral Transport" şirkətinin istismarında olan avtobusun qəzaya uğraması zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.

Hazırda daşıyıcı şirkətin rəhbəri agentliyə çağırılıb, araşdırma aparılır.

Xatırladaq ki, bu gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 nömrəli xətt avtobusu BMW markalı avtomobillə toqquşub. Nəticədə avtomobilə ciddi ziyan dəyib.

Müəllif: Ayna.az