BMT Təhlükəsizlik Şurasının iclası çağırılıb

Dünya

17.03.2022 - 13:49

Həkimlər Klinikalar SEO Xidməti

Ukraynadakı vəziyyət müzakirə olunacaq

Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, İrlandiya və Norveç Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəliyinin “Twitter” hesabında dərc olunan məlumatında deyilir.

Məlumata görə, BMT Təhlükəsizlik Şurasının Ukraynadakı humanitar vəziyyətə dair iclası martın 17-də Nyu-York vaxtı ilə günün ikinci yarısına planlaşdırılıb.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb. BMT-nin qaçqınların işi üzrə Ali komissarı Filippo Qrandi müharibənin başladığı gündən bu yana 5 milyondan çox ukraynalının öz evini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş