BMT-nin koronavirusa yoluxan və ölən üzvlərinin sayı açıqlanıb

Dünya

22.04.2020 - 00:47

cedabet dərman SEO Xidməti

BMT nümayəndələri arasında 243 virusa yoluxma var

 

Koronavirusa yoluxmuş BMT əməkdaşlarının sayı ilə bağlı son statistika məlum olub.

 

AYNA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi videobrifinqin gedişatında bildirib.

 

"Aprelin 20-i axşama olan məlumata görə, bütün dünyada BMT nümayəndələri arasında 243 virusa yoluxma var. ABŞ-da 53, o cümlədən Nyu-Yorkda 32 nəfər virusa yoluxub", - Dyujarrik deyib.

 

Onun sözlərinə görə, təşkilatın üç üzvü COVID-19-dan ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş