Devid Bizli “Twitter” səhifəsində amerikalı sahibkardan xahiş edib
BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bizli aclıq təhlükəsi və onun bəşəriyyət üçün təhlükəsi ilə mübarizə məqsədilə “Tesla” və “SpaceX” kompaniyalarının banisi İlon Maskdan 6 milyard dollar istəyib.
AYNA xarici mediaya istinadən bildirir ki, Devid Bizli özünün “Twitter” səhifəsində amerikalı sahibkara müvafiq xahişlə müraciət edib.
“Bu il 42 milyon insan aclıq astanasına çatıb. Misli görünməmiş qlobal böhran COVID-19 pandemiyası səbəbindən kəskinləşib. Buna cavab verməsək, bizi aclıq, qeyri-sabitlik və kütləvi miqrasiya gözləyir. İlon Mask, siz təkcə dünən 6 milyard dollar qazandınız - bu, fəlakətin qarşısını almaq üçün lazım olan məhz həmin məbləğdir! Xahiş edirəm, kömək göstərin!”, - deyə Bizli qeyd edib.