Kuleba: "Ukraynanın müdafiə qabiliyyəti daha da gücləndirilməlidir"
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
AYNA xəbər verir ki, bu barədə Kuleba "Twitter" hesabında paylaşım edib.
“Blinkenlə Rusiyanın Ukraynaya qarşı qəddar təcavüzkar müharibəsinə və çoxsaylı hərbi cinayətlərə son qoymaq səyləri barədə danışdım.
Bu məqsədlə Ukraynanın müdafiə qabiliyyətini daha da gücləndirmək, Rusiyaya daha çox təzyiq göstərmək və bütün mövcud diplomatik vasitələrdən istifadə etmək çox vacibdir”, - XİN rəhbəri qeyd edib.